Accessibility links

Rusiya Xarici İşlər Nazirliyi abxaz separatçılarını dəstəkləyir


Rusiya xarici işlər nazirinin müavini Georgi Karasin çərşənbə günü Gürcü gürcü qoşunlarının Kodor dərəsinə girməsini çox təhlükəli hərbi addım adlandırıb.

O, Rusiya xarici siyasət idarəsinin Abxaziya separatçılarının lideri Sergey Baqapşın gürcü qoşunlarının dərəni tərk etməsi barədə tələblərini dəstəklədiyini bildirib.

Bu arada Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsinin NATO-ya daxil olmasının Rusiya ilə əlaqələri yaxşılaşdıra biləcəyini deyib. O, Rusiyanın NATO üzvləri olan Fransa və Almaniya ilə yaxşı münasibətlərinə istinad edərək, Moskva ilə Tbilisi arasında oxşçar əlaqələrin qurulması arzusunda olduğunu bildirib.

XS
SM
MD
LG