Accessibility links

Hizbullah İsrailin şimalına 100-dən çox raket atıb


İsrailin döyüş təyyarələri Beyrutun kənarında və Bəkaa vadisindəki Hizbullah hədəflərini vurub. Hizbullah isə İsrailin şimalına raketlər atıb. İsrail rəsmiləri Hizbullahın atdığı 100-dən çox raket atəşi nəticəsində 8 mülkinin öldüyünü bildirib.

Bu arada Livan ərazisindəki döyüşlərdə iştirak edən 10 000-lik İsrail ordusunun 3 əsgərinin həlak olduğu da bildirilir. İsrail ordusu 10 şəhər və kənd yaxınlığında torpaqları nəzarət altına alıb.

Baş nazir Ehud Olmert İtalyan qəzetlərinə müsahibəsində ordunun nəzərdə tutulan məqsədə çatmağa yaxın olduğunu deyib. Məqsəd Hizbullahı tərksilah edib, yaraqlıları cənubi Livandan çıxarmaqdır. Livanın baş naziri Fuad Siniora isə üç həftəlik konflikt əsnasında 900 nəfərin öldüyünü və 3 min nəfərin yaralandığını bildirib.

XS
SM
MD
LG