Accessibility links

Israilin Hizbullaha qarşı hücumları davam edir


İsrailin hərbi təyyarələri 24-gündür Hizbullahın Livandakı mövqeylərini bombardman edir. İsrailin quru qüvvələri də Hizbullahın Livandakı infrastrukturunu məhv etməyə çalışır. Bu günkü əməliyyatda 6 İsrail əsgəri həlak olub. İsrail Cənubi Livanda Hizbullah yaraqlılarının bir tankı atəşə tutması nəticəsində 2 əsgərinin həlak olduğunu təsdiq edib. İsrail təyyarələri ilk dəfədir ki, Bedyrutun şimalındakı xristianların anklavını bombardman ediblər. Nəticədə Livanın şimalla cənub arasındakı əsas yolunun 4 kürpüsü dağılıb. İsrail təyyarələri həmçinin, Beyrutun cənubundakı şiələrin sakin olduğu yerləri və Suriya sərhədi yaxınlığındakı məntəqəni bomba atəşinə tutub. Şahidlər deyirlər ki, İsrail təyyarələrinin Suriya sərhəddi yaxınlığındakı Livanın şərqinə etdikləri hücumları nəticəsində bostanda işləyən azı 28 nəfər həlak olub. İsrailin quru qüvvələri isə İsrail sərhədləri yaxınlığındakı kənd təsərrüfatı bölgəsində Hizbullah yaraqlılarının şiddətli müqavimətilə qarşılaşıblar. İsrail 15 kilomertlik məsəfədəki bu bölgədə təhlükəsiz bir zona yaratmaq istəyir. Rəmilər bildirirlər ki, Hizbullah yaraqlılarının İsrailin şimaslına 100-dən çox raket atması nəticəsində iki mülki vətəndaş həlak olub. Xarici İşlər Nazirliyinin sözsçüsü isə deyir ki, ölkəsinin Livan ərazisini işğal etmək niyyəti yoxdur.

XS
SM
MD
LG