Accessibility links

İsrail Yaxın Şərq probleminin həllini beynəlxalq qüvvələrin yerləşdirilməsində görür


İsrailin baş naziri Ehud Olmert ordu rəsmiləri ilə birlikdə cəbhə xəttində olmuş və Livana qarşı əməliyyatlarında iştirak edən İsrailin qürü qüvvələri- Şimal ordusu ilə məsləhətləşmələr aparmışdır.

İsrailin müdafiə naziri Əmir Peretz bu gün bildirb ki, atəşkəs barədə danışıqlarda razılıq əldə edilmədiyi təqdirdə quru qüvvələr genişmiqyaslı hücumlara keçəcək.

Qeyd edək ki, İsrail Livandakı Hizbullaha qarşı əməliyyarların aparılmasında 10 minə qədər qürü qüvvələrdən istifadə etməyə hazırlaşır. İsrailin xarici işlər nazirliyinin sözçüsü Yiqal Polmer isə ölkəsinin yalnız Beynəlxalq sülməramlı qüvvələrin bu böhranı aradan qaldıracağına inandığını deyib.

XS
SM
MD
LG