Accessibility links

Səudiyyə Ərəbistanının kralı rəsmi səfərlə Türkiyədədir


Səudiyyə Ərəbistanın kralı Abdulla rəsmi səfərlə bu gün Türkiyəyə gedib. Bununla 40 ildən bəri birinci dəfə olaraq bu ölkənin kralı Türkiyəyə səfər edir. Onu Ankaranın Əsənboğa hava limanında Türkiyənin xarici işlər naziri qarşılayıb.

Kral Abdulla baş nazir Rəcəb Teyyub Ərdoğanla görüşəcək. Səudiyyə kralı səfəri vaxtı Türkiyə rəsmiləri ilə Yaxın Şərqdə vəziyyəti müzakirə, biznes və iqtisadiyyat sahəsində əməkdaşlıq sahəsində müqavilələrin imzalanması mərasimində iştirak edəcək. Kralın səfərində nazirlər, biznesmenlər və kral sülaləsinin üzvləri də daxil edilməklə, 300 adam iştirak edir.

XS
SM
MD
LG