Accessibility links

Amerikalı jurnalisti girov götürməkdə şübhələnilən üç iraqlı həbs edilib


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin bildirdiyinə görə, hərbi dəniz qüvvələri bu ilin əvvəli amerikalı jurnalist Cil Kerrolu girov götürməkdə şübhəli bilənən üç iraqlını həbs edib. Hərbi qüvvələrin sözçüsü general-mayor Vilyam Kaldvel həbslərin Bağdaddan qərbdə Ənbər vilayətində həyata keçirildiyini deyib. Onun sözlərinə görə, ABŞ və İraq rəsmiləri bu şəxslərin məhkəməsinin keçirilməsi məsələsini müzakirə edir. Cil Kerrolun çalışdığı “Christian Sience Monitor” qəzetinin baş redaktoru bildirib ki, 82 gün girov olmuş Kerolun hekayəti qəzetdə dərc olunacaq.
XS
SM
MD
LG