Accessibility links

ABŞ hökumətinin neft təchizatı ilə bağlı hesabatı yanacaq qiymətlərinin artmasına səbəb olub


Birləşmiş Ştatlarda xam neft, benzin və başqa neft məhsulları ilə bağlı təchizatın azalması haqda hökumətin açıqladığı hesabatın ardınca xam neft qiymətləri bu gün qalxıb. Enerji Departamentinin hazırladığı hesabatda deyilir ki, xam neft anbarlarında 1 milyon barrel neft azalıb ki, bu da ümumi həcmin bir faizinin üçdə ikisini təşkil edir. Ekspertlərin gözləntilərinin əksi olaraq, yanacaq ehtiyatları 1.5 faiz azalıb. Bu gün bir barrel xam neftin qiyməti Nyu York bazarlarında 69 sent qalxaraq 77 dollara çatıb. Londonda da qiymətlər hər barrel üçün 10 sent artıb.
XS
SM
MD
LG