Accessibility links

Təhlükəsizlik Şurası Livanda döyüşlərin dayandırılması barədə qətnamə qəbul etdi


Livanda İsraillə Hizbullah arasında artıq 4 həftə favam edən döyüşlərdın sonra BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvü Livanda bütün düşmənçiliyin dayandırılması barədə Amerika və Fransanın dəstəklədiyi qətnaməni qəbul etmişdir. Livanda döyüşlərin dayandırılması barədə qızğın müzakirələr doğuran qətnamə Birləşmiş Ştatların dövlət katibi Kondaliza Raysın səsvermənin tez bir zamanda keçirilməsinə təzyiq göstərmək üçün Nyu Yorka getməsindən bir gün sonra baş verib.

Qeyd edək ki, düzəlişlər edilmiş qətnamədə düşmənçiliyin aradan qaldırılması üçün Hizbullahın zərbələrinin və İsrailin Livana hücumunun tamamilə dayandırılması barədə çağırış öz əksini tapıb. Sənəddə eləcə də, İsrailin öz hərbi qüvvələrini Livanın cənubundan tez bir zamanda çıxarması tələb olunur və bu əməliyyata BMT qüvvələri ilə birlikdə 15 000-dən çox Livan əsgərinin nəzarət edəcəyi bildirilir.

Dövlət katibi Kondaliza Rays deyib ki, qətnamə Livana BMT-nin bu ölkəyə göndərdiyi UNİFİL hərbi qüvvələrinin bazasında yeni beynəlxalq hərbi qüvvələr yaratmaq üçün öz səlahiyyətlərini genişləndirməyə kömək edəcək. Qətnamədə eləcə də, Livanın özünün bütün ərazilərinə nəzarəti və silahlı qrupları tərksilah etməli olduğu bildirilir.

Müzakirələr zamanı BMT-nin baş katibi Kofi Annan da daxil edilməklə, bir neçə natiq daha tez ölçü götürmədiyi üçün Təhlükəsizlik Şurasını tənqid atəşinə tutub. Cənab Annan bildirib ki, qətnamənin gecikməsi ekstremistlərə öz mövqelərini yenidən möhkəmlətməyə imkan verir.

Bir aydan sonra Təhlükəsizlik Şurasının Hizbullahın İsrailin iki əsgərini girov götürməsi kimi konfliktə səbəb olan məsələlərin müzakirəsi nəzərdə tutulub.

XS
SM
MD
LG