Accessibility links

İranda həbsdə olan bəzi fəalların ailələri ilə ünsiyyəti qadağan olunub


İran Azərbaycanında siyasi həbslərlə bağlı həyəcanlı xəbərlər daxil olmaqdadır.

Təbrizdən alınan xəbərlərə görə, iyulun 11-də İran dövlətinin əleyhinə fəaliyyət ittihamı ilə həbs olunan 31 yaşlı Mehdi BabaininTəbriz həbsxanasında saxlandığı məlum olsa da, ailəsinin onun saxlanılma şəraiti və səhhəti barədə məlumatı yoxdur.

Qeyd edək ki, həbsindən 10 gün öncə Mehdi Babainin evindən onun kompüteri, fotoalbomu, azərbaycan və türk dillərində qəzet arxivi və kitabları müsadirə olunub.

Azərbaycan Müdafiə Komitəsinin sədri Səid Nəiminin servisimizə verdiyi məlumata görə, Azərbaycan evinin müdiri – ay yarımdır ki həbsdə olan Həsən Raşidinin də ailəsi ilə görüş və təmaslarına icazə verilmir.

Bu arada Əqil Azərdust adlı bir siyasi məhbusun zaminə buraxılaraq məhkəməsini gözlədiyi bildirilir.

Iki həftə öncə zaminə buraxılmış 5 Ərdəbilli fəalın məhkəməsində verilən qərarda isə onlara cərimə və 6 ay həbs cəzası kəsilib. Onlatrın yaxın günlərdə apellyasiya məhkəməsinə müraciət edəcəyi gözlənilir.

XS
SM
MD
LG