Accessibility links

İsrail döyüşlərdə itkilər verir


30 min İsrail əsgəri Cənubi Livanda Hezbollah yaraqlıları ilə vuruşur. İsrail dünənki döyüşlərdə 19 əsgərin həlak olduğunu, 5-nin isə itkin düşdüyü və bu gün də 7 əsgərinin həlak olduğunu bildirir. Bu gün İsrail təyyarələri Livanın 50-dən çox şəhər və kəndini bombardman ediblər.

İyulun 12-dən bəri İsrail ilə Hezbollah arasında başlanan döyüşlərdən bəri İsrail dünənki qədər əsgər itgisinə məruz qalmayıb. İsrail rəsmiləri bildirirlər ki, Hezbollah yaraqlılarının İsrailin şimal bögəsinə atdıqları reketləri nəticəsində bir mülki vətəndaş həlak olub və azı 12 nəfər isə bədən xəsarəti alıb.

İsrailin quru qüvvələri Livan sərhədinin 30 kilomertliyində yerləşən Litani çayına tərəf hərəkət etdikcə onlarla Hizbollah yaraqlıları arasındfa şiddətli atışmalar baş verir. Hizbolah yaraqlıları İsrailin bir tankını vurduğunu və çox sayda əsgər öldürdüklərini bildirir.

Livan rəsmiləri isə qeyd edirlər ki, İsrail təyyarələrinin hücumları nəticəsində Beyrutda 18 güclü partlyış baş verib və oradan havaya qalxan tüstünü şəhərin bütün məntəqələrindən görmmək mümkün idi. Əməliyyat nəticəsində azı 10 mülki vətəndaş həlak olub. Bütün bu vuruşmalar İsrail kabinetinin atəşkəs haqdakı BMT- Təhlükəsizlik Şurasının qətnaməsi təsdiq etdiyi vaxtda təsadüf edir. İsrailin Turizm Naziri İshaq Hersoq deyir ki, ölkəsi atəşkəs müqavləsinə necə riayət olunacağına nəzarət edəcək.

XS
SM
MD
LG