Accessibility links

Kuba liderinin yeni foto-şəkilləri ictimaiyyətə açıqlanıb


Kubanın dövlət orqanı olan gündəlik “Qranma” qəzeti ölkə lideri Fidel Kastronun yeni foto-şəkillərini dərc edib. Foto-şəkillərdə Fidel Kastro Venesuela prezidenti Hyuqo Çavesi salamlayır. Kommunist mətbu orqan iki liderin Havanada Fidel Kastorunun 80 yaşının tamam olması münasibətilə görüşdüyünü bildirib. Yatağında uzanmış Kuba lideri Hyuqo Çavesin əlini sıxdığı zaman göstərilir. Venesula lideri hədiyyə olaraq, Fidel Kastoroya onun portretini təqdim edib. Keçən həftə cərrahiyyə əməliyyatından sonra ictimaiyyət qarşısına çıxmayan Fidel Kastro hakimiyyəti qardaşı Raul Kastoya ötürüb. Kuba gənclərinin kommunist mətbu orqanı olan “Juventud Rebelde” Kastorunun həyatı uğrunda mübarizəsinə həsr olunmuş mesajını dərc edib. Fidel Kastro kubalıları onun sağlamlıq durumuna nikbin baxmağa çağırıb, lakin “bəd xəbələr”in mümkünlüyü barədə xəbərdarlıq edib. Bu arada, İRNA agentliyi prezident Mahmud Əhmədinejadın Fidel Kastro ilə gələn ay Havanda keçiriləcək konfransı telefon söhbəti zamanı müzakirə etdiyi haqda məlumat verib. İRNA-ın məlumatına görə, İran prezidenti Kuba liderinə tez bir zamanda sağalmağı arzulayıb.
XS
SM
MD
LG