Accessibility links

Torontoda 16-cı beynəlxalq QİÇS konfransı işinə başlayıb


Konfrans iştirakçıları bu öldürücü virusun yayılmasına mane olunması strategiyasının müəyyən edilməsi və böhranın həlli vaxtının gəlib çatdığını bildiriblər. 6 gün davam edəcək konfransda 132 ölkədən 24 mindən artıq nümayəndə iştirak edir. Qeyri-hökumət təşkilatları da daxil edilməklə, konfransa alimlər, səhiyyə xidməti işçiləri, fəallar, siyasətçilər, məşhur adamlar və biznes liderləri qatılmışlar. QİÇS konfransının diqqət mərkəzində əksəriyyəti Afrikada olmaqla, hər il 43 milyon insanın yoluxduğu HİV vurusunun yayılmasına mane olunmasına dair ölçülər yer alır. Konfransın təşkilatçıları maarifləndirmə və beynəlxaq miqyasda anti-virus peyvəndlərinin əldə edilməsinə çağırır. Mikrosof şirkətinin təsisçisi Bill Qeyts konfrans iştirakıçıları qarşısında çıxşı zamanı deyib ki, qadınların özlərini müdafiəsi üçün vasitələr əldə edilməlidir. “Qadınlar həyatlarının xilası üçün valideynlərinin icazəsindən asılı olmamalıdır”-deyə o bildirib. Qeyd edək ki, Bil və onun xanımı Melindanın təsis etdiyi Qeyts fondu QİÇS-lə mübarizəyə 500 milyon dollar vəsait ayırıb. Bil Qeyts bu yaxınlarda Mikrosoft şirkətinindəki birbaşa vəzfifələrindən bir qədər kənarlaşıb və Qeyts fonduna daha artıq vaxt ayırdığını bəyan edib. Bil Qeyts fondunun hazırda yeganə prioriteti QİÇS-ə qarşı peyvənd əldə edilməsidir. QİÇS konfransında müğənni Alisiya Keys və aktyor Riçard Qir də iştirak edirlər.
XS
SM
MD
LG