Accessibility links

Britaniyanın yeni təhlükəsizlik konsepsiyası etnik-dini ayrıseçkiliyə rəvac verə bilər


Tayms qəzetinin yazıdğına görə, Britaniya hava yolları təhlükəsizliyi ilə bağlı yeni mübahisəli bir sistem işə salmalıdır. Plan şübhəli davranan sərnişinləri hədəf alacaq.

Bundan əlavə, plan etnik və dini mənşəyindən asılı olaraq müyyən qruplara şamil ediləcək. Londonun polis idarəsinin bir neçə müsəlman rəsmisi yeni ölçülərdən Britaniya əhalisinin 1.5 milyonunu təşkil edən müsəlmanların hamısına olmasa da əksər hissəsinə qarşı istifadə ediləcəyi barədə xəbərdarlıq veriblər. Onların dediyinə görə, beləliklə bütün asiyalılar terrorizmdə şübhələnilənlər kateqoriyasına aid edilə bilər.

XS
SM
MD
LG