Accessibility links

OPEK neft ixracı ilə bağlı proqnozlarını endirib


Neft İxrac Edən Ölkələrin Təşkilatı OPEK 2006-cı il üçün dünyanın xam neftə təlabatı ilə bağlı təxminlərini endirib. OPEK-in Avqust üçün aylıq hesabatında deyilir ki, neftə təlabat gündəlik 1,3 milyon barrel azalacaq.

11 ölkənin daxil olduğu neft karteli dünya neft təchizatının 3-də birini hasil edir. Analistlər deyirlər ki, OPEK-in təxminlərinin endirilməsinə başlıca səbəb xam neft bazarına böyük təsiri olan Amerika iqtisadiyyatının yavaşımasıdır. Amerikada xam neft qiymətləri dünən barreli 73 dollardan 20 sent düşüb.

XS
SM
MD
LG