Accessibility links

Livan əsgərləri sərhəd bölgələrə yerləşdirilir


BMT-nin tənzimlədiyi atəşkəs çərçivəsində Livan əsgərləri İsraillə sərhəd boyu mövqe tutmuşlar. Livan əsgərləri mübahisəli Şebaa Fermaları ərazisi yaxınlığındakı Şebaa kəndinə yerləşdiriblər. Livan bu ərazilərə iddia etsə də, İsrailin zəbt etdiyi bu ərazi Qolan Yüksəkliklərinin tərkib hissəsi kimi Suriyaya məxsusdur. İsrail bu ərazini 1967-ci ilin Ərəb-İsrail müharibəsi zamanı ələ keçirib. Şebaa Fermaları ərazisi uzun müddət ərzində reqionda toqquşmalara səbəb olmuşdur. Hizbullah yaraqlıları İsrailin bu əraziləri zəbt etməsindən İsrailə qarşı hücumlara bəraət qazandırmaq məqsədi ilə istifadə edir. BMT-nin UNİFİL adlandırılan 2 min əsqərdən ibarət sülhməramlı qüvvələri hələlik əlavə yardım almamışlar. BMT rəsmiləri bildiriblər ki, 13000 nəfərlik əlavə qüvvələr regiona göndəriləcək.
XS
SM
MD
LG