Accessibility links

Fələstində yeni terrorçu qrup peyda olub


İndiyədək məlum olmayan fələstinli terrorçu qrup 2 Qərb jurnalistinin oğurlanmasına görə məsuliyyəti üzərinə götürüb. Onlar Birləşmiş Ştatlardan müsəlman məhbusları azad etməyi tələb ediblər.

Özünü Müqəddəs Cihad Briqadası adlandıran qrup öz tələbinin yeriinə yetirilməsi üçün 72 saat vaxt qoyub. Qrup tələb yerinə yetirilmədiyi halda nə edəcəyini açıqlamayıb. Terrorçular girov jurnalistlərin - Amerikalı Stiv Centanni və Yeni Zelandiyalı Olaf Viqin görüntülərini də yayıblar. Onlar dostları və ailələrinsdən azad olmaları üçün çalışmalarını xahiş edib.

XS
SM
MD
LG