Accessibility links

Fizuli və Cəbrayılın işğalından 13 il keçir


Bu gün avqustun 23-də Cəbrayıl və Fizulinin işğalının 13 ili tamam olur. Fizuli və Cəbrayıl rayonlarının icra hakimləri “Amerikanın səsi”nə işğalın həmin rayonların əhalisinə vurduğu maddi və mənəvi ziyan haqda danışıblar.

Fizuli və Cəbrayılın işğalından keçən 13 il ərzində həmin rayonların əhalisi Azərbaycanın müxtəlif bölgələrindəki qaçqın düşərgələrində yaşayıb. Lakin doğma yurdlarına qayıtmaq ümidlərini itirməyiblər.

Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyev erməni işğalının tək Cəbrayıl rayonuna 2 milyard dollardan artıq ziyan vurduğunu deyir.

Fizuli rayonunun icra hakimiyyətinin başçısı Nəbi Muxtarov isə gözlənilməz işğal zamanı fizulililərin əsasən mülki əhalidən olan 1650 şəhid verdiyini deyir.

Bu illər ərzində qaçqın rayonların əhalisi artıb, Qarabağı görməmiş uşaqlar yeniyetmə çağına qədəm qoyublar. Amma doğma yurda qayıtmaq arzusu azalmayıb. Mahmud Quliyevin sözlərinə görə, uzanan qaçqın həyatı insanların səbir kasasını doldurub.

Reportajla tam şəkildə audiofaylı dinləyərək tanış ola bilərsiniz

XS
SM
MD
LG