Accessibility links

Oğurlanmış çeçen jurnalistinin taleyi naməlumdur


Sərhədsiz Jurnalistlər Təşkilatı Rusiya və Çeçenistan rəsmilərini bu bölgədə girov götürülmüş jurnalisti azad etmək üçün bütün mümkün səyləri göstərməyə çağırıb.

Çeçen cəmiyyəti qəzetinin müxbiri Elina Ersenova Avqustun 17-də oğurlanıb. Ersenova ilə birgə onun xalası da oğurlanıbmış, lakin sonra onun xalası azad olunub. Ersenova evə zəng vuraraq tezliklə azad olunacağını bildirsə də, sonra ondan heç bir xəbər alınmayıb.

Elina Ersenova bir qədər əvvəl öldürülmüş separatçı çeçen liderlərindən birinin xanımıdır. O, öncələr bu izdivacı ilə bağlı təhlükəsizlik qüvvələri tərəfindən təhdid edildiyinə görə insan hüquqları təşkilatlarına şikayət etmişdi.

XS
SM
MD
LG