Accessibility links

ABŞ komandiri Pakistandadır


ABŞ qüvvələrinin Yaxın Şərq və Cənubi-Qərbi Asiya üzrə komandiri bu gün Pakistanan 3 günlük səfərə gəlib. Pakistan hökumətinin açıqlamasına əsasən ABŞ Mərkəzi Komandanlığının rəisi General Con Abizeyd qarşılıqlı maraq doğuran məsələləri Pakistran hərbçiləri ilə müzakirə edəcək. General Pakistana içərisində koalisiya qüvvələrinin Taliban qiyamçılarına qarşı vuruşduqları Əfqanıstandan gəlib. Dünən Baqram hava bazasında çıxış edən General Abizeyd Taliban militantlarının Pakistandan baza kimi istifadə etdiyini söyləmişdi.

XS
SM
MD
LG