Accessibility links

Kürd terrorçuları Türkiyədəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb


Türk mediasının verdiyi xəbərə görə, 2 türk şəhərində 27 nəfərin yaralanmasına səbəb olan bomba partlayışından sonra bir gün keçməmiş, yeni partlayış nəticəsində 3 nəfərin ölüb.

NTV telekanalının verdiyi xəbərə görə, bu gün Antalyada baş verən partlayışda 20 nəfər yaralanıb. Partlayışın səbəbləri araşdırılır.

Bazar günü isə İstanbul və Marmaris şəhərlərində bomba partlayışları 10 britaniyalı turist də daxil olmaqla 27 nəfərin yaralanmasına səbəb olub.

Özünü Kürd Azadlıq Qartalları adlandıran terrorçu qruplaşma İnternetlə yaydığı bəyanatda bazar günü baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb. Qrupun 1984-cü ildən Kürd dövlətinin yaradılması məqsədilə fəaliyyətə başlamış terrorçu PKK – Kürd Fəhlə Partiyasına bağlılığı var.

XS
SM
MD
LG