Accessibility links

Pakistanın cənub-qərbində etiraz aksiyaları


Pakistanın cənub qərbində Bəluç inqilabçılarının lideri Nəvab Əkbər Buqtinin hökumət qüvvələri tərəfindən öldürülməsinə etiraz edən əhali kütləvi aksiyalar keçirib.

Kütləvi aksiya Bəlucistan vilayətini demək olar ki iflic edib. İslamabadda isə parlament üzvləri hökuməti legitim müxalifət liderini öldürdüyünə görə kəskin tənqid ediblər.

Hökumət isə Buqtinin bilərəkdən öldütrmədiyini bəyan etməklə yanaşı müxalifətçini hökumət müəssisələrinə qarşı terror aktlarına havadarlıq etməkdə günahlandırıblar.

Rəsmi məlumatlara görə, təhlükəsizlik qüvvələri mağarada gizlənən yaraqlıların hücumlarına cavab əməliyyatını həyata keçirirmiş və mağaranın işində kimin olması barədə dəqiq məlumat yox idi.

Yerli rəsmilər aksiyalar zamanı Pasni və Qvadar şəhərlərində yerli dükanlara hücum çəkən müxalifətçilərlə polis arasındakı toqquşma zamanı 5 nəfərin yaralandığını bildirib.

XS
SM
MD
LG