Accessibility links

İsrail qüvvələri Qəzza Zolağında hərbi əməliyyatlarını davam etdirir


Fələstin rəsmilərinin bildirdiyinə görə Qəzza bölgəsində əməliyyat aparan İsrail qüvvələri bu gün 5 fələstinlini qətlə yetiriblər. Xəbər verilir ki, həlak olanlardan ikisi Həmasın, ikisi isə Fələstin prezidenti Mahmud Abbasın təhlükəsizlik qüvvəsinə mənsubdur. Hadisənin beşinci qurbanının isə mülki vətəndaş olduğu qeyd edilib.

İsrailin təhlükəsizlik qüvvələri fələstinli militantlara qarşı həyata keçirdikləri əməliyyatın bir hissəsi olaraq şənbə günü Qəzza şəhərinə daxil olublar. O zamandan bəri İsrail qüvvələri militant olduğundan şübhəli bilinən bir neçə adamı öldürmüş, iki jurnalist də daxil edilməklə, bir neçə adamı da yaralamışlar. Bu gün Qəzzanın şimalında baş verən başqa bir hadisədə isə Həmas qüvvələrinin nəzarət məntəqəsində dayanmağı rədd edən fələstinli bir avtomobil sürüçüsü həmin qüvvələr tərəfindən öldürülüb.

XS
SM
MD
LG