Accessibility links

İran: Siyasi məhbusların ailələrini cinsi təcavüzlə təhdid edirlər


İrandakı azərbaycanlı məhbuslara işgəncələr verilməsi ilə yanaşı onlara psixoloji təsir göstərmək üçün ailələrinə təhdidlər edilir. Bu barədə Amerikanın səsinə Kanadalı insan hüquqları müdafiəçisi Faxtə Zamani xəbər verib.

Onun sözlərinə görə, həbsdəki fəallara bacılarının və xanımlarının onların gözü qarşısında zorlanacağını deyərək onlardan yalan ifadələr almağa çalışırlar.

Bundan əlavə, evdə qalmış ailələr də ETTELAAT məmurlarının cinsi təcavüz təhdidlərinə məruz qaldığından, əlavə təhlükəsizlik tədbirləri görməyə məcbur olurlar.

Faxtə Zamaninin sözlərinə görə, bunlar ona görə edilir ki, ailələr beynəlxalq təşkilatlara həyat yoldaşlarının məruz qaldığı işgəncələr barədə xəbər verməsin.

Elə bəzi siyasi məhbusların özü də ailə və qadın məsələsi ortaya çıxanda təzyiqə dözmürlər.

Hüquq müdafiəçisi təhdidlərin təhdid olaraq qaldığına əmin deyil. Onun sözlərinə görə, İran kimi mühafizəkar cəmiyyətdə qadınların öz dərdini danışması olduqca çətindir.

Xanım Zamani xüsusilə iri şəhərlərdə daha açıq düşüncəli xanımların onlara edilən hədə qorxular barədə çəkinmədən danışdığını və cəmiyyətin onların müdafiəsinə qalxdığını deyir.

Müsahibəni audio-formatda dinləyin

XS
SM
MD
LG