Accessibility links

Avropa liderləri  İrana qarşı mümkün sanksiyaların tez olduğunu bildirmişlər


Avropa liderləri İranın uran zənginləşdirməsini dayandırmamasından məyusluqlarını izhar etmiş, lakin hələ də mümkün sanksiyaların tez olduğunu bildirmişlər. İranın BMT tərəfindən irəli sürülən tələbləri rədd etməsinin ardınca Fransanın baş naziri Dominik de Veypen rəsmi Tehranla dialoqun davam etdirilməsinə çağırıb. O, əlavə edib ki, İran özünün beynəlxalq öhdəliklərinə hörmət etməlidir. Avropa Birliyinin ali diplomatı Haviyer Solana bu həftə İranın nüvə məsələləri üzrə nümayəndəsi Əli Laricani ilə görüşməyi planlaşdırır. BMT Təhlüksəzilik Şurasının üzvləri bu həftə bir araya gələrək məsələni ətraflı müzakirə edəcəklər. Bu arada İran prezidenti Mahmud Əhmədinejad yenidən öz ölkəsinin heç vaxt nüvə proqramına son qoymayacağını bəyan edib.
XS
SM
MD
LG