Accessibility links

ABŞ Müdafiə nazirliyi:  İraqda vətəndaş müharibəsi üçün zəmin var


ABŞ Müdafiə nazirliyinin açıqladığı hesabata əsasən İraqdakı zorakılıqlar o həddə çatıb ki, artıq vətəndaş müharibəsi üçün zəmin var. Bu arada İraqın axtarış və xilasetmə heyətləri dünən Bağdadda 60 adamın ölümünə səbəb olan minomyot və raket barajının ardınca dağılmış evlərdən cənazələri çıxarmaqda davam edirlər. Rəsmilərin dediyinə görə mənzil binalarına yerləşdirilmiş bomba partlayışları nəticəsində 250-dən çox adam yaralanıb. Paytaxtın əsasən Şiə rayonunda baş verən partlayışlar yarım saat davam edib. Koordinasiyalaşdırılmış hücum ABŞ və İraq qüvvələrinin paytaxtda təriqətlərarası zorakılıqlara son qoyma kampaniyasının ardınca gəlir. Bir az əvvəl İraqın baş naziri Nuri əl Maliki ümid etdiyini bildirmişdi ki, ilin sonunadək İraq hərbi qüvvələri ölkənin əksər hissələrinə nəzarət edə biləcəklər.
XS
SM
MD
LG