Accessibility links

Iraqda Əl-Qaida lideri yaxalanıb


İraqın milli təhlükəszlik məsələləri üzrə müşaviri xəbər verir ki, hökumət rəsmiləri İraqda Əl Qaidanın iki nömrəli adamını həbs ediblər. Muvaffaq əl Rübaye bu gün bildirib ki, İraq qüvvələri Həmid Cüma Fərid əl Səidini bir neçə gün bundan öncə yaşayış obyektində yaxalayıblar. Əl Rübayenin dediyinə görə Səidi ötən Fevral ayında müqəddəs Şiə məbədinin partladılmasına əmr verib. Həmin hücumun ardınca Sünnilər və Şiələr arasında alovlanan təriqətlərarası zorakılıqlar minlərlə adamın həyatına son qoyub. Bu arada əl Anbar vilayətində yolkənarı bomba partlayışı iki Amerika hərbçisinin ölümünə, ikisinin isə yaralanmasına bais olub. Başqa xəbərə əsasən Kürdüstanın regional prezidenti Məsud Barzani İraq bayrağının Səddam erasını əks etdirdiyini deyərək onun dövlət binalarından yığışdırılmasına əmr verib.
XS
SM
MD
LG