Accessibility links

Pakistanda qaz boru kəməri partladılıb


Pakistan rəsmilərinin bildirdiyinə görə qaynar Bəlucistan vilyaətində qaz boru kəmərində baş verən bomba partlayışı minlərlə evə qaz təchizatını dayandırıb. Partlayış nətiocəsində xəsarət alan olmasa da əyalət paytaxtı Kvettada evlərə və bizneslərə qaz verilməsi dayanıb. Hücumlar üçün heç kim məsuliyyəti boynuna götürməyib. Lakin rəmsilər oxşar hücumlara görə keçmişdə Bəluc qəbilələrini ittiham ediblər. Qeyd edək ki, ötən ay bəluc lideri Navab Akbar Bqutinin hökumət qüvvələri tərəfindən öldürülməsi əyalətdə ciddi iğtişaşlara səbəb olub.
XS
SM
MD
LG