Accessibility links

İsrail Qərb Sahilindən yəhudi məntəqələrinin köçürülməsini dayandırıb


İsrailin baş naziri Ehud Olmer deyir ki, o, Qərb Sahilindən yəhudi məntəqlərinin köçürülməsini dayandırıb. Bu gün parlamentdə xarici məsələlər və müdafiə komitəsinin üzvləri ilə görüşən baş nazir söyləyib ki, bu məsələ hazırda hökumətin gündəliyində başlıca yer almır. O, həmçinin Fələstinin baş naziri Mahmud Abbasla görüşmək istədiyini bildirərək Fələstin probleminə diqqət yetirməyin vacibliyini vurğulyaıb.

Bu arada İsrail Qərb Sahilində 700 mənzillik yeni məntəqənin inşa edilməsi üçün tender keçirib. Fələstinlilər bu layihəni sülh planının pozulması kimi qiymətləndiriblər.

XS
SM
MD
LG