Accessibility links

Fələstin baş naziri İsrail lideri ilə görüşmək istəyir


Fələstin prezidenti Mahmud Abbas deyir ki, o sülh danışıqlarını bərpa etməkdən ötrü İsrail baş naziri Ehud Olmertlə görüşməyə hazırdır. Cənab Abbas bu bəyanatı bu gün Britaniya baş naziri Toni Bleyerlə görüşdən sonra açıqlayıb. Cənab Olmert dünən Fələstinli həmkarı ilə birgə sülh yol xəritəsinə yenidən qayıtmaq istəyini izhar edib. Görüş üçün tarix müəyyən edilməyib. Britniya lideri ilə keçirdiyi mətbuat konfransında cənab Abbas vahid Fələstin hökumətinin yaradımasına da müsbət münasibət bildirib. Belə ki, parlamentə yerlərin əksəriyyətinə malik olan Hamas İsraili tanıya biləcək hər hansı milli birlik hökumətinin formalaşdırılmasından imtina edir.

XS
SM
MD
LG