Accessibility links

Əfqanıstanda zorakılıqlar vüsət alıb


İntiharçı özünü partladaraq Əfqanıstanın Paktiya əyalətinin qubernatorunu və əlavə iki adamı öldürüb. Rəsmilərin dediyinə görə qubernator Əbdül Hakim Tanival, onun qardaşı oğlu və baş cangüdəni maşının yanında dayanarkən intiharçı onlara yaxınlaşmış və bədəninə bağladığı bombanı detonasiya etmişdir. Özünü talibanın sözçüsü kimi qələmə verən şəxs qətlin arxasında Taliban qüvvələrinin dayandığını bildirib. Həmçinin bu gün NATO və Əfqan hərbi qüvvələri Qəndəhar vilayətində baş verən 4 toqquşma zamanı 94 Taliban qiyamçısını öldürmüşlər. Döyüşlər nəticəsində həmçinin 2 koalisiya əsgəri həlak olub.
XS
SM
MD
LG