Accessibility links

Bağdaddakı bomba partlayışları onlarla insanın ölümünə və yaralanmasına səbəb olub


Bağdadda iki maşına yerləşdirilmiş bombaların partlaması 22 nəfərin ölümünə, 80 nəfərə yaxın adamın isə yaralanmasına səbəb olub. Rəsmilərin bildirdiyinə görə, hər iki bomba partlayışı Bağdadın şərqində, polis məntəqələri yaxınlığında baş verib.

Bundan əlavə, İraq rəsmiləri bildirilər ki, Bağdadda keçən gecə güllə yarasından qətlə yetirilmiş 60 nəfərin cəsədi aşkar edilib. Qurbanların hamısının dini zəmində qətllərlə məşğul olan qrup tərəfindən öldürüldüyü guman edilir. Digər bir xəbərdə isə, İraqdakı militant qrupun İnternet səhifəsində yerləşdirdikləri məlumatda bildirilir ki, girov götürdükləri türk şirkətinin işçisini 72 saat müddətində İraqdakı əməliyyatlar dayandırılmadığı təqdirdə qətlə yetirəcəklər. Birləşmiş Ştatlar hərbiçiləri də İraqda iki Amerika əsfərinin qətlə yetirildiyini xəbər verir.

İraqın keçmiş prezidenti Səddam Hüseynin məhkəməsinə gəldikdə isə, aparıcı ittihamçı baş hakimin istefa verməsini tələb edib. O, hakimi Səddam Hüseynin məhkəmə zalında davranışa nəzarət etməməkdə günahlandırır. Xatırladaq ki, Səddam Hüseyn və digər altı müttəhim 80-ci illərdə on minlərlə kürdün qətlində günahlandırılırlar.

XS
SM
MD
LG