Accessibility links

Diyarbakırdakı partlayışın məsuliyyətini kim daşıyır?


Türkiyə rəsmilərinin bildirdiyinə görə, kürdlərin çoxluq təşkil etdiyi Diyarbakır şəhərində baş verən bomba partlayışı nəticəsində bir neçə uşaq da daxil edilməklə, 10 nəfər həlak olub. Rəsmilər dünən gecə partlayıcı qurğunun gözlənilmədən işə düşdüyünü və partlayışın təsadüfən baş verdiyini güman edirlər. Bu hadisənin kimlər tərəfindən həyata keçirildiyi məlum deyil. Bu, ya regiondakı kürd partizan dəstələri, ya Kürdüstan Əmək Partiyası, ya da 1984-cü ildən bəri muxtariyyat tələbi ilə mübarizə aparan PKK-nın işi ola bilər.

Qeyd edək ki, Birləşmiş Ştatların xüsusi nümayəndəsi, təqaüddə olan general İosif Ralston bazası İraqda yerləşən Kürd partizanlarının başçısı ilə danışıqlar aparmaq üçün Türkiyədədir. Bu gün Ankarada keçirilən görüşdən sonra cənab Ralston deyib ki, təcili olaraq türklərə, amerikalılara və iraqlılara rəsmilərin terrorizmə qarşı ciddi ölçülər götürdüyü nümayiş etdirilməlidir.

Bunlarla yanaşı, digər bir kürd qrupu - Kürdüstanın Azadlıq Şahinləri qrupu keçən ay Türkiyənin Aralıq Dənizi sahillərindəki turist məntəqəsində, üç nəfərin ölümü ilə nəticələnən bomba hücumunda günahlandırılır. Qeyd edək ki, 1984-cü ildən, PKK-nın mübarizəyə başladığı vaxtdan bəri 30 mindən çox insan qətlə yetirilib.

XS
SM
MD
LG