Accessibility links

Almaniyanın nazirlər kabineti Livan sahillərinə donanma göndərilməsi barədə layihəni təsdiq edib


Almaniyanın nazirlər kabineti Livanın sahil xəttinə nəzarət etmək üçün Aralıq dənizinə donanma göndərilməsi haqda layihəni təsdiq edib. Berlində danışan kansler Anqela Markel qərarı tarixi adlandırıb.

İkinci Dünya Müharibəsi zamanı Avropa yəhudilərinin Holokost faciəsinə işarə edən Anqela Merkel deyib ki, Almaniya İsralin dövlət kimi mövcud olmaq hüququna görə məsuliyyət daşıyır. Almaniya parlamentinin qərarla bağlı gələn həftə səs verəcəyi gözlənilir. Almaniya donanması sahil xətti boyu nəzarəti Hizbullahın dəniz vasitəsi ilə silah əldə edə bilməməsinə görə məsuliyyət daşıyan müvvəqqəti qüvvələrdən olacaq.

XS
SM
MD
LG