Accessibility links

Avropa Birliyi Fələstində yeni  milli birlik höküməti planını dəstəkləyir


Avropa Birliyinin xarici işlər nazirləri Fələstində Həmasın vahid rəhbərlik etdiyi hökümət əvəzinə yeni milli birlik hökümətini formalaşdırmaq planını dəstəkləmişlər. Bu qün Brüsseldə toplaşmış nazirlər, Həmas hərəkəti və prezident Mahmud Abbasın rəhbərlik etdiyi Fəttah partiasının yeni Fələstin hökümətini təşkil etmə planına dəstək verilməsi məsələsini müzakirə edəcəklər. Finlandiyanın xarici işlər naziri deyib ki, Avropa Birliyi Fələstinin yeni hökümətini Yaxın Şərqdə sülh prosessini bərpa etmək üçün yeni bir fürsət kimi qiymətləndirməlidir. Xatırladaq ki, Avropa Birliyi və Birləşmiş Ştatlar Həmasın rəhbərlik etdiyi hökümətə yardımları, Həmas İsraili tanımadığına, zorakılıqlara son qoymadığına və əldə olunmuş sülh müqavilələrini qəbul etmədiyinə qörə dayandırmışdılar.

XS
SM
MD
LG