Accessibility links

Papanın çıxışından qəzəblənən fələstinlilər 5 kilsəyə hücum edib


Odlu silah və bombalarla silahlanmış fələstinlilər İordan çayının Qərb sahili və Qəzza zolağında 5 kilsəyə hücum edib.

Anqlikan, yunan pravoslav, Roma və yunan Katolik kilsələrinə hücumlar Papa Benediktin İslamın zorakılıqla bağlı olması barədə orta əsrlər imperatorundan sitat gətirməsi ilə bağlı Yaxın Şərq və Cənubi Asiyada təşkil edilmiş etiraz aksiyalarından sonraya təsadüf edir.

Özünü Təkallahlıq aslanları adlandıran qrup Nablusdakı iki hücuma görə məsuliyyəti üzərinə götürüb. Hücumlar zamanı heç kəsə ziyan dəyməyib. Fələstin xristianlarının lideri, Betlehem şəhərinin meri Viktor Batarseh hücumların tək-tük olduğunu və müsəlmanlarla xristianlar arasında münasibətlərin yaxşı olduğunu deyib.

XS
SM
MD
LG