Accessibility links

Konqresə silahlı adamın təcavüzünün qarşısı alınıb


Bu gün Birləşmiş Ştatlar Konqresinin binasına silahlı insanın daxil olmasından sonra, binalar kompleksi müvəqqəti olaraq bağlanmışdır.

Rəsmilər bildiriblər ki, silahlanmış insan idarə etdiyi Jeep maşınını Konqress binasını əhatə edən səddə çırparaq binaya daxil olmuş və burada həbs olunmuşdur.

Polis zabiti bilidirb ki, həbs olunan şəxs silahlı idi, lakin onun haqqında başqa məlumatlar verilməyib. Rəsmilər ərazidə axtarış apardığı müddət ərzində Konqress binası bağlı saxlanmışdır. Bina ancaq bir neçə saatdan sonra açılmışdır.

XS
SM
MD
LG