Accessibility links

İsrail Livanda həbs olunanları əsir saymır


Bu gün İsrail rəsmiləri Livanda həbs edilmiş üç yaraqlını qətl və terrorla bağlı digər cinayətlərdə ittiham edib.

İsrail bildirib ki, təhlükəsizlik qüvvələri Hizbullaha qarşı Livanda keçirilmiş reyd zamanı yaşı 30-dan az olan 3 yaraqlını yaxalayıblar. Lakin İsrail rəsmiləri deyirlər ki, həbs olunmuş yaraqlılar müharibə dustaqları deyil, terrorçulardır və onlar adi cinayətkarlar kimi mühakimə olmalıdılar. Israil polisinin nümayəndəsi Mayk Rozenfeld: "Hər bir yaraqlı törətdiyi qətl, qətlə cəhd, terrorçu Hizbollah təşkilatın üzvü olmaqda və İsrail qüvvələrinə qarşı hücumlarda ittiham olunur".

Həbs olunmuş yaraqlılar, bu ilin iyul ayında 2 İsrail əsqərinin oğurlanması ilə nəticələnmiş Hizbullahın İsrailə etdiyi reydin təşkilində iştirak etmişlər. Digər 8 İsrail əsqəri hücum zamanı öldürülmüşdür. Cənab Rozenfeld deyib ki, yaraqlıların tutulmasına əsas səbəb, onların İsrail ərazisində həyata keçirilmiş hücumun hazırlığında iştirakı olmuşdur.

Həbs olunanların vəkili deyib ki, onlar Hizbollah üzvü olmalarını etiraf eləsələr də, özlərini müharibə dustaqları hesab edirlər. İsrail və ABŞ Hizbullahı terror təşkilatı kimi tanıyır və Hizbullah yaraqlılarını müharibə dustağı kimi qəbul etməyəcək.

XS
SM
MD
LG