Accessibility links

İraqda zorakılıqlar davam etməkdədir


İraq rəsmilərinin bildirdiyinə görə, bu gün Bağdadda və ölkənin digər ərazilərində baş vermiş bomba partlayışları nəticəsində ən azı 23 nəfər öldürülüb, onlarla insan yaralanıb. Bağdad polisinin məlumatında deyilir ki, orada 6 nəfər qətlə yetirilib, 10 nəfər isə yaralanıb.

İraqın sabiq rəhbəri Səddam Hüseynin doğulduğu Tikrit şəhərinin yaxınlığında isə 17 nəfər qətlə yetirilib. ABŞ-ın İraqdakı hərbi qüvvələrinin rəhbərliyi bildirib ki, bir neçə gündən sonra başlayacaq İslam dininin müqəddəs Ramazan ayı zamanı ölkədə zorakılıqların artacağı gözlənilir.

XS
SM
MD
LG