Accessibility links

ABŞ və Pakistan prezidentləri görüş keçirib


ABŞ prezidenti Corc Buş pakistanlı həmkarı Pərviz Müşərrəflə Ağ Ev görüşündən sonra mətbuat konfransı keçirib. Corc Buş Pakistan prezidentini ilk xarici lider kimi ABŞ-ın terrorimzlə mübarizəsinə qoşulduğuna görə alqışlayıb. ABŞ prezidenti deyib ki, Amerikanın 2001-ci il sentyabrın 11-i terror aksiyalarından sonra əməkdaşlıq etmədiyi təqdirdə, Pakistanı bombalayacağına dair məlumat onu təəcübləndirib.

Xatrıladaq ki, CBS tele-şirkətinə müsahibəsi zamanı Pakistan prezidenti bu hədələrin sabiq dövlət katibi Riçard Armitaj tərəfindən edildiyini demişdi. Riçard Armitaj isə bu gün bildirib ki, o heç vaxt belə bir hədə ilə çıxış etməyib. Lakin Pakistana “bizimlə və ya bizim əleyhimizə” deyə kəskin mesaj göndərib. Hər iki ölkə lideri danışqılarının səmimiyyət və qarşılıqlı etimad şəraitində keçirildiyini bildirib.

XS
SM
MD
LG