Accessibility links

Tailandda çevriliş edən generallar öz hakimiyyətlərini daha da möhkəmlədir


Bu həftənin əvvəli Tailandda çevriliş edən generallar öz hakimiyyətlərini daha da möhkəmlədərək, keçmiş baş nazir Taksin Şinavatranın tərəfdarlarını həbs edir və işdən kənarlaşdırırlar.

Hərbiçilər bu gün nazirlər kabinetinin keçmiş nazirlərini həbs etmiş, milli polis idarə heyətinin işini dayandırmış və keçmiş baş nazir Taksin Sinavatranı rüşvətxorluqda günahlandıraraq, məhkəmə işinə başlamışlar.

Hakimiyyəti əllərinə alan generallar yeni polis idarə heyətinin yaradılacağı və polisə çərşənbə günü qansız çevriliş hadisələrində iştirak edən şəxsin rəhbər təyin ediləcəyi barədə məlumat vermişlər. Çevriliş liderləri söz veriblər ki, iki həftə ərzində yeni hökumət təşkil edəcək və yeni konstitusiya hazırlayacaq mülki baş nazir təyin edəcəklər.

Hərbiçilər kommedant saatı elan etmiş, mediyaya məhdudiyyətlər qoymuş, siyasi partiya görüşlərini və mitinq keçirməyi qadağan etmişlər. Qeyd edək ki, xunta rəhbərləri keçmiş baş nazir Taksini korrupsiyada və millətlər arasında ayrı-seçkilik salmaqda günahlandırırlar.

XS
SM
MD
LG