Accessibility links

İndoneziyada quş qripindən ölənlərin sayı 50-yə çatıb


İndoneziya rəsmilərinin bildirdyinə görə, bu həftənin əvvəlində vəfat edən 11 yaşlı oğlan uşağının ölümünə quş qripi vurusu səbəb olub.

Bu xəbər Ümumdunya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edildiyi təqdirdə, onun ölümü ilə bu ölkədə quş qripi səbəbi ilə dünyasını dəyişənlərin sayı 50 nəfər olacaq.

Beləliklə İndoneziya ölüm hallarına görə birinci yerdə olan Vyetnamı ötür. Xatırladaq ki, quş qripi virusu 2003-cü ildən etibarən dünyada 140-dan artıq insanın ölümünə səbəb olub.

XS
SM
MD
LG