Accessibility links

Azərbaycanda sərbəst toplaşmaq istəyənlərin ümidi ATƏT-ədir


Bu gün Müsavat Partiyası Ramazan ayı başa çatdıqdan sonra, oktyabrın 28-də mitinq keçirmək barədə qərar qəbul edib. Bu qərar sentyabrın 21-də meriyanın Müsavatın mitinq qərarına sanksiya verməkdən imtina etməsindən sonraya təsadüf edir.

Xatırladaq ki, aksiya "İşsizlərə iş", "Əmək haqları və müavinətləri artırmaq", "Neft gəlirləri hamı üçün", "Mətbuat işçilərinə qarşı təzyiqləri dayndırın" və sairə şüarlar altında keçirilməli idi. Meriya isə İlham Əliyevin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əmək haqları və təqaüdlərin qaldırılması, yeni iş yerlərinin açılması ilə məşqul olduğunu bildirərək, sadaladıqlarını Müsavatın mitinq qərarının yersiz olduğu barədə nəticə çıxarmaq üçün kifayət hesab edib.

Müsavat Partiyasının ideoloji məsələlər üzrə başqan müavini Qabil Hüseynli partiyanın bu qərarı qanunsuz saydığını deyir.

Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasından millət vəkili Aydın Mirzəzadə isə Bakı şəhər İcra hakimiyyətinin qərarının konstitusion olduğunu iddia edir.

Bununla belə, Aydın Mirzəzadə qanunda müxtəlif cür anlaşılan maddələrin olduğunu və yeni qanuna ehtiyac olduğunu da qəbul edir.

Bu arada ATƏT və Avropa Şurasının birgə Venesiya Komissiyasının təşəbbüsü ilə vətəndaşların toplaşma azadlığı ilə bağlı yeni qanun layihəsinin yaradılması üçün işçi qrup təşkil edilib. Venesiya Komissiyası sərbəşt toplaşma hüququnun təmin olunması ilə bağlı Azərbaycan hökumətindən və qanunvericilərindən konkret addımlar gözləyir.

Qabil Hüseynlinin yeni qanun layihəsindən böyük gözləntiləri var.

Lakin parlamentdəki çoxluğun nümayəndəsi Aydın Mirzəzadənin yeni qanunun müzakirəsi ilə bağlı öz planları var.

Payız sessiyasında müzakirəyə çıxarılacaq qanunun qəbul olunmasına hələ çox var. O ki qaldı hələlik Müsavatın növbəti mitinqin sanksiyalaşdırılması ilə bağlı Aydın Mirzəzadənin proqnozlarına, o yenə də meriyadan cavab gözləməyi məsləhət görür.

Tam reportaja audio-formatda qulaq asın.

XS
SM
MD
LG