Accessibility links

Toni Bleyrin vəzifə müddəti başa çatmaq üzrədir


Böyük Britaniyanın baş naziri Toni Bleyr Əmək partiyası qarşısında xarici siyasətinin müdafiəsi ilə son çıxışını edib. Cənab Bleyr partiya üzvlərinə bildirib ki, Britaniyanın üzləşdiyi terror təhlükəsi bir nəsil və ya daha artıq müddət davam edəcək. O, ekstremizmlə mübarizənin Britaniyanın düşmən təbliğatına əhəmiyyət vermədiyi təqdirdə məğlubiyyətə uğrayacağını deyib. Mançestr şəhərində təşkil edilən görüşdə Toni Bleyrin çıxışı sürəkli alqışlarla qarşılanıb. Cənab Bleyr Əmək partiyasına onun baş nazir kimi fəaliyyəti zamanı göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
XS
SM
MD
LG