Accessibility links

P.Müşərrəf İsrailin tanınmayacağını bildirir


Pakistan hökuməti gec-tez İsraili tanıyacaq. Lakin bu gün belə bir addım siyasi intihar ola bilər. Bunları Pakistan prezidenti Pərviz Müşərrəf Nyu-Yorkda bildirib. Kornel sağlamlıq mərkəszində çıxış edən prezident deyib ki, Pakistan özünü müsəlman dünyasından kənar edən heç bir addım atmayacaq. “İsraillə heç bir diplomatik əlaqəyə malik olmayan Pakistan yəhudi dövlətini tanımaqla Fələstin və İsrail arasında körpü rolu ümdilərini heç edə bilər”-deyə Pərviz Müşərrəf bildirib. Keçən həftə BMT-nin Baş Assambleyasının 61-ci sessiyasındakı nitqi zamanı Pakistan lideri İsrailin rəsmən tanınmasının Pakistan üçün olduqca həssas bir məsələ olduğunu demişdi. O bildirmişdi ki, İsrailin tanınması müstəqil Fələstin dövlətinin yaradılmasından sonra mümkün ola bilər.
XS
SM
MD
LG