Accessibility links

S.İvanov: "Şərqi Avropa ölkələri Gürcüstanı silahla təmin edir"


Rusiyanın müdafiə naziri Sergey İvanov NATO-nun bəzi üzvləri tərəfindən Gürcüstanın Sovet dövrü istehsal edilən silahlarla təmin edildiyini bildirib. Nazir həmin ölkələrin adını çəkməsə də, onların 2004-cü ildə Alyansa qoşulan Şərqi Avropa ölkələri arasında olduğunu deyib. Sergey İvanov bunları NATO-nun müdafiə nazirləri ilə Sloveniyada təşkil edilən görüşdən sonra bildirib. Gürcüstan hökumətinin bu həftə Rusiya hərbiçilərini casusuluqda ittiham etməsini Rusiyanın müdafiə naziri Sergey İvanov Gürcüstanın rus qüvvələrinin Gürcüstandan çıxarılmasına dair təzyiqlərinin bir hissəsi kimi qiymətləndirib. NATO-nun baş katibi Yaap De Hup Şxeffer tərəfləri gərginliyin azaldılmasına çağırıb.

XS
SM
MD
LG