Accessibility links

Gürcüstan 4 Rus hərbçisini həbs edib


Rusiya Prezidenti Vladimir Putin ötən həftə casusluq ittihamları ilə 4 Rus zabitini həbs etmiş Gürcüstan hökumətini bilərəkdən Moskvanı təxribata çəkməkdə ittiham edib. Bu gün Gürcüstanla bağlı iclasdan öncə çıxış edən cənab Putin Gürcü liderlərinin əməllərini 1930-40 cı illərdə İosif Stalinin gizli polisinin rəhbəri olan Lavrenti Beriyanın hərəkətlərinə bənzədib. Sonradan o, həbsləri dövlət terrorizmi və girovdarlıq adlandırıb.

Cənab Putin söyləyib ki, Rusiya hökuməti qoşunlarını Gürcüstandan çıxarmağa razılıq verdiyi halda rəsmi Tbilisi Rus xidmətçilərini həbsə alıb. Rusiya Qafqaz hərbi dairəsinin rəhbəri General Andrey Popov bildirib ki, Gürcüstanda yerləşən rus hərbi qüvvələri sayqılqığı artırmış və özlərini müdafiə məqsədilə ölümcül qüvvədən istifadə etməyə hazırdılrar.

XS
SM
MD
LG