Accessibility links

Iran ABŞ sanksiyalarını rədd edir


İran rəsmiləri həmin ölkəyə nüvə silahları inkişaf etdirməkdə kömək edən şirkətlərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan yeni Amerika qanununu tənqid ediblər. İranın dövlət mediası xarici işlər nazirliyinin sözçüsünə istinad edərək bildirib ki, ABŞ-ın son illərdə tətbiq etdiyi sanksiyalar effekt verməyib. O, deyib ki, yeni qanun Amerikanın maraqlarına zərbə endirəcək və Vaşinqtonu bir az da təcrid edəcək.

Şənbə günü prezident Buş İranda Azadlığa Dəstək qununu imzalayıb. Qanun hazırda İranın tətbiq edilən sanksiyaları genişləndirir və cənab Buşa İranın nüvə silahları inkişaf etdirməsinə yardım gösətərən şirktlərə qarşı ölçü götürməkdə sərbəstlik verir.

XS
SM
MD
LG