Accessibility links

Genetika üzrə iki Amerikalı alim Nobel mükafatı alıb


Tibb üzrə Nobel mükafatı bu il genetik informasiya axınına nəzarət üzrə fundamental mexanizmlərin kəşfinə görə iki Amerikalı həkimə təqdim olunub.

Stokholmda Nobel Assambleyası “DNT müdaxiləsi” kəşfinə görə Endrü Fayr və Kreyq Mellonun bu ilki mükafata layiq görüldüyünü bildirib.

DNT müdaxiləsi bitki və heyvanlarda genetik izlərlə gələn informasiyanı blok edən təbii prosesdir və bu iki alim tərəfindən kəşf olunub. Həmin prosesdə manipulyasiyalar genetik materialların nəzarətdən çıxması ilə müşayiət olunan bir çox xəstəliklərin, o cümlədən İnsan İmmunçatışmazlığı Virusunun müalicəsində irəliləyiş yarada bilər.

Endrü Fayr Stənford Universitetinin Tibb fakultəsinin, Kreyq Mello isə Massachusets Tibb Universitetinin Molekulyar Təbabət fakultəsinin professorlarıdır. Onlar öz kəşflərini 1998-ci ildə dərc ediblər.

İki alim bu il 1.3 milyon dollar həcmində olan Nobel mükafatını bölüşəcəklər. Onların Nobel medalları dekabrda Stokholmdakı mərasimdə təqdim olunacaq

XS
SM
MD
LG