Accessibility links

ABŞ dövlət katibi Fələstin prezidenti ilə görüşüb


ABŞ dövlət katibi Kondolizza Rays Yaxın Şərq səfərinin növbəti dayanacağı İsrailə gedib. İsrail-Fələstin sülh prosesinin canlandırılması mahiyyəti daşıyan səfiri zamanı K. Rays Fələstinin mötədil rəsmiləri ilə görüş keçirib. Dövlət katibi deyib ki, Həmas hökuməti əməkdaşlıq olmadan idarəçilik edə bilməyəcək. Ramallah şəhərində ABŞ-ın dövlət katibi ilə görüş keçirən Fələstin prezidenti Mahmud Abbas deyib ki, Fələstinin yeni hökuməti İsraillə əldə edilən bütün razılıqları tanımalıdır. ABŞ dövlət katibi ilə görüşündən əvvəl Mahmud Abbas bildirmişdi ki, onun Fətah partiyasının hakim Həmas qrupu ilə milli birlik hökumətinin yaradılmasına dair razılığı nailiyyətsizliyə uğrayıb. Mahmud Abbas Bəhreynin xarici işlər naziri Şeyx Xalid Bin Əhməd Əl-Xəlifə ilə birgə təşkil etdiyi mətbuat konfransında koalisiya haqda ilkin razılığın artıq qüvvəsini itirdiyini deyib. Xanım Raysın səfəri ərəb ölkələrinin son həftələr Həmasla əlaqələrini kəsdiyi vaxta təsadüf edir. Belə ki, həmin ölkələr Həmasın Ərəb Liqasının 2002-ci il planına qoşulamasını istəyir. Plana əsasən ərazi müqabilində İsraillə sülh əldə edilə bilər.

XS
SM
MD
LG