Accessibility links

Sabiq ABŞ konqresmeni homoseksual olduğunu bildirib


ABŞ-ın Federal Təhqiqat Bürosu tərəfindən e-mail məktublaşmaları araşdırılan keçmiş respublikaçı konresmen Mark Foli vəkili vasitəsi ilə yeniyetmə yaşlarında kilsə xadimi tərəfindən seksual təzyiqlərə məruz qaldığını bildirib. Seksual mahiyyəli məktubların məktəb şagirdlərinə və keçmiş konqres səhifələrinə göndərməkdə ititham edilən Florida ştatından 52 yaşlı Mark Foli həmin şəxsin adını açıqlamayıb. Konresin itkin düşmüş və istismara məruz qalmış uşaqlar üzrə şöbəsinin sabiq həmsədri Foli ilk dəfə olraq homoseksuallığını etiraf edib. Alkoqolizmdən müalicə məqsədi ilə reabilitasiya proqramında iştirak edən Mark Folinin vəkili onun müalicəsini davam etdirdiyini bildirib. Qeyd edək ki, Nümayəndələr Palatasının spikeri Dennis Hastert və digər respublikaçı liderlər nəyə görə problemin əvvəlcədən izinə düşülmədiyi ilə bağlı suallarla qarşılaşıb.

XS
SM
MD
LG